Menu

Aİ “vergi limanları” siyahısını yenilədi

insider.az / Siyasət Mart 13, 2019 19:40 25

Avropa Birliyi dövlətlərinin maliyyə nazirləri “vergi limanları” siyahısına daha 10 ölkə əlavə ediblər.

İnsider.az bildirir ki, bu ölkələrin vergiqoyma sahəsindəki standartları Aİ-nin tələblərinə cavab vermir.

Belə ki, iqtisadi və maliyyə məsələləri üzrə avrokomissar Pyer Moskoviçinin bəyanatına görə, qara siyahıya 15 yurisdiksiya daxildir ki, onlar “ya zəruri meyarlara riayət etmə üzrə öhdəlikləri yerinə yetirməyiblər, ya da belə öhdəlikləri öz üzərinə heç götürməyiblər”.

Siyahıda mövcud beş yurisdiksiyaya (Amerika Samoası, Quam, Samoa, Trinidad və Tobaqo, ABŞ Vircin adaları) əlavə edilən 10 ölkə Aruba, Barbados, Beliz, Bermud adaları, Dominika, Fici, Marşall adaları, Oman, Vanuatu və BƏƏ-dir.

Moskoviçi həmçinin qeyd edib ki, Aİ-nin “vergi limanları” siyahısına görə onlarla ölkə zərərli vergi rejimindən imtina edib və onların vergi sistemi şəffaf və ədalətli vergiqoyma üzrə beynəlxalq standartlara cavab verməyə başlayıb.

Samirə Məmmədova