Menu

Azərbaycana idxal olunan malların aksiz dərəcələrində dəyişikliklər edilib

insider.az / Maliyyə Yanvar 11, 2019 11:46 31

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.

İnsider.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Azərbaycana idxal olunan alkoqollu və alkoqolsuz energetik içkilər, elektron siqaretlər üçün maye aksiz vergisinə cəlb edilir. Belə ki, dəyişikliyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.Həmçinin, dəyişikliyə görə Azərbaycana idxal edilən tərkibində tütün olan siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədi üçün 1 manat aksiz vergisi tətbiq olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycana idxal edilən tərkibində tütün olan siqarların, o cümlədən ucları kəsilən siqarların 1 000 ədədi üçün 20 manat aksiz vergisi alınır.