Menu

Azərbaycanda ən çox şikayət yazan şəxslərin – ADLARI AÇIQLANDI, SİYAHI

insider.az / Sosium Fevral 10, 2019 16:31 34

Azərbaycanda dövlət qurumlarına ən çox şikayət yazan vətəndaşların adları açıqlanıb.

İnsider.az xəbər verir ki, Prezident Administrasiyasından verilən məlumata görə, bəzi vətəndaşlar hər il dövlət qurumlarına müxtəlif məsələlərlə bağlı çoxsaylı müraciətlər göndərirlər.

"Araşdırmalar göstərir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına edilən təkrar müraciətlərin bir qismi laqeydliyin, biganə münasibətin nəticəsidirsə, xeyli hissəsi də subyektiv səbəblərdən yaranır. Bəzi vətəndaşlar haqsız olsalar da, hər il çoxsaylı müraciətlər göndərməklə öz əsassız iddialarının həyata keçirilməsində israr edir, hüquqlarından sui-istifadə etməyə çalışırlar.

Yazdıqları müraciətlərlə bağlı onlara dəfələrlə əsaslandırılmış cavab verilsə də, yazmaqda davam edir və hər dəfə yeni mövzular tapırlar", - deyə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində bildiridir.

Açıqlamada davamlı olaraq şikayət yazan vətəndaşların adları da göstərilir. Bunlar "Abşerondan Sakit Xankişiyev, Ağcabədidən Elçin Cəlilov, Ağdamdan Şakir Məhərrəmov və Vidadi Sadıqov, Bərdədən Zahid Mikayılov, Beyləqandan Gürşad Ramazanov və Vüqar Əliyev, Biləsuvardan Eldar Hüseynov və Elvin Quluzadə, Binəqədidən Həmid Axundov, Zərbani Ağayeva, Cəlilabaddan Emil Bayramov, Sadıq Yarıyev, Göyçaydan Təşəkkür Şirinov, İmişlidən Nahidə Şirinova, Laçından Xanlar Tarverdiyev, Lənkərandan Nazim Məmmədov, Masallıdan Nərgiz Əmirova, Naftalandan Ruqiyyə Qarayeva, Nərimanovdan Kamran Rəcəbov, Rəşad Səlimli, Ülviyyə Baxşiyeva, Nəsimidən Fatma Piriyeva, Nizamidən Veronika Rufullayeva, Saatlıdan Qismət Səmədov, Sabunçudan Olqa və Aleksandra Smolyaninovalar, Gülsəfa Musayeva, Bahar Əhmədova, Suraxanıdan Rəşid Rzayev, Aygün Əmiraslanova, Xətaidən Svetlana Quliyeva, Yasamaldan Şövqi Həsənov, Yelena Yusupova, Sevil Səfərova, Zərdabdan Mehman Məmmədovdur". Digər şəhər və rayonlardan başqaları ilboyu müxtəlif mövzularda çoxsaylı müraciətlər göndərmişlər.

Administrasiya bu halla bağlı "Vətəndaşların müraciətləri haqqında" qanunun tələblərini xatırladıb: "Qanunun əsas maddələrindən biri də bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən 16-cı maddədir və həmin maddədə konkret olaraq göstərilir ki, qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin məcəllələrin müvafiq maddələri bu məsuliyyətin nədən ibarət olduğunu əks etdirir".

"Burada "Vətəndaşların müraciətləri haqqında" qanunun "Müraciətin baxılmamış saxlanması” maddəsinə bir daha nəzər salmaq yerinə düşər. Həmin maddədə həm vətəndaşları, həm də müraciətə baxan subyektləri daim narahat edən bir məsələ konkretləşdirilib. Müəyyən olunur ki, vətəndaşın təkrar müraciətlərinə 1 il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda, müraciət baxılmamış saxlanılır. Lakin bu barədə yazılı müraciət edənə 5 iş günündən gec olmayaraq, şifahi müraciət edənə isə dərhal məlumat verilməlidir. Müraciətlərə baxan vəzifəli şəxslər qanunun verdiyi bu imkandan sui-istifadə etməməlidirlər. Əsaslandırılmış cavab ümumi, başdansovdu sözlərdən ibarət olmamalı, hüquqi cəhətdən qanunlara tam uyğun hazırlanmalı, haqlı olub-olmaması vətəndaşa sübut edilməlidir", - deyə məqalədə bildirilir.