Menu

Azərbaycanın xarici dövlət borcu azalıb

insider.az / Maliyyə Mart 14, 2019 17:13 17

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 927,1 milyon ABŞ dolları təşkil edib.

İnsider.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvarın 1-i ilə müqayisədə 5% azdır.

2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

©Report.az