Menu

AzTA Bələdçi kursları təşkil edir – Maraqlananların nəzərinə

insider.az / Turizm Yanvar 29, 2019 17:12 59

Tezliklə Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə Baku Guide Service-in tərkibində Bələdçi kursları fəaliyyətə başlayacaqdır. 

İnsider.az Azərbaycan Turizm Assosiasiyasına istinadən bildirir ki, kursun məqsədi yeni və peşəkar bələdçilərin hazırlanması, bələdçilərin peşəkarlıq səviyyəsinin artırılması və bununla da turistlərə daha yüksək səviyyədə xidmət göstərilməsinin təmin olunmasıdır. 

Tədris materialları Azərbaycan və Rus dillərində təmin olunacaq və kurs 3 ay müddətində davam edəcəkdir. Kursda iştirak etmək istəyən hər bir şəxs Azərbaycan Turizm Assosiasiyasının ofisinə müraciət edə bilər. 

Yerlər məhduddur. 

Mob: +99470 2144191 

Mob: +99450 2403015 

E- mail: info@azta.az