Menu

Bitcoin son 3 ayda 18% bahalaşıb – SON QİYMƏT

insider.az / Maliyyə Mart 14, 2019 11:42 25

Son 1 sutka ərzində Bitcoinin qiyməti artıb.

İnsider.az xəbər verir ki, “Bitcoin” bu gün 0,04% artaraq 3 min 912 dollar olub. Xatırladaq ki, 3 ay əvvəl Bitcoinin qiyməti 3 min 315 dollar idi. Bu da onu göstərir ki, Bitcoin son 3 ayda 18,07% bahalaşıb.

“Ethereum”un qiyməti azalıb, “Bitcoin Cash”in qiyməti  isə artıb.

“Ethereum” 0,04% azalaraq 133 dollar, “Bitcoin Cash” də 1,94% artaraq 132 dollar olub.

Dünyanın 100 əsas kriptovalyutasından 55-i ucuzlaşıb, 45-i bahalaşıb.

Ən çox dəyər qazanan coin 18,76% artıma malik olan “WAX” olub.

Ən çox dəyər itirən coin isə “Revain”-dur. “Revain” 23,99% dəyər itirib.

© FED.az