Menu

“Bitmain”in təsisçiləri vəzifədən gedirlər

insider.az / Qlobal bazar Yanvar 10, 2019 18:30 24

Çinin mayninq şirkəti “Bitmain”nin təsisçiləri Cixan Vu və Mikri Çjan rəhbər vəzifələrindən gedəcəklər.

İnsider.az xəbər verir ki, onlar vəzifədən getsələr belə onlar əvvəlki kimi strateji qərarlar verə biləcəklər.
Qeyd olunur ki, “Bitmain”nin rəhbərlərinin düşməkdə olan kriptovalyuta bazarı şəraitində şirkətin gələcək inkişaf vektoruna dair baxışları üst-üstə düşməyib.

Hələlik şirkətin yeni CEO-nun nə zaman təyin edəcəyi məlum olmasa da, bu vəzifəyə əsas namizəd “Bitmain”in direktorlarından biri olan Xayxao Vanqdır. Lakin Vu və Çjan şirkətin səhmlərinin 21% və 37%-nə sahib olduqlarına görə strateji vacib məsələlər üzrə səs vermə huquqlarını saxlayacaqlar.

© “Finans.az”