Menu

Britaniyalılar Avropaya vizasız səfər edə biləcək

insider.az / Turizm Yanvar 29, 2019 16:21 65

Avropa Parlamenti Komitəsinin britaniyalıların “Brexit”dən sonra Avropaya vizasız səfər etməsini təklif edəcəyi gözlənilir.

İnsider.az xəbər verir ki, Britaniyanın Aİ-dən necə çıxmağından asılı olmayaraq, bu təklif irəli sürüləcək.

Qeyd edək ki, komitənin qərarı gələn ay bütün parlament tərəfindən təsdiq ediləcək. Həmçinin digər Aİ institutları da britaniyalıların vizadan azad edilməsi ideyasını dəstəkləyib.

Aİ qısa müddətli, yəni 3 ayadak səfər edən şəxsləri viza rejimindən azad edir və bu sistem hazırda dünyanın 60 ölkəsində işləyir.

Qeyd edək ki, Argentina, Yaponiya, Ukrayna bu sistemdən yararlanan ölkələr sırasındadır. Bu, biznes və turizm məqsədilə təşkil edilən səfərlər üçün keçərlidir. Viza olmadan Aİ ərazisində işləməyə icazə yoxdur.

Leyla Məhərrəmova