Menu

Bu avtomobilləri Azərbaycana gətirmək olmayacaq - VİDEO

insider.az / Sosium Yanvar 07, 2019 10:20 333

Azərbaycana insan həyatı üçün təhlükəli ola biləcək avtomobillərin, eyni zamanda saxta ehtiyat hissələrinin gətirilməsinin qarşısı alınacaq.

İnsider.az xəbər verir ki, belə bir maddə ''Azərbaycanın yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" da nəzərdə tutulub.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bununla da Avropa ölkələrindən parçalanmış halda daşınaraq Gürcüstanda birləşdirilən və ordan ölkəmizə gətirilən təhlükəli avtomobillərin qarşısı tamamilə alınacaq. Əslində belə bir qərar "Avro-4" standartının qəbul olunması ilə artıq mövcud idi. Amma avtomobil hətta bu standarta uyğun olsa belə, təhlükəli vəziyyət aşkarlanarsa onun ölkəyə girişinə qadağa qoyulacaq. Məsələn, avtomobil işlək vəziyyətdə deyilsə ölkəyə buraxılmayacaq. Eyni zamanda, istehsal olunduğu ölkə və şirkəti bilinməyən, təhlükəsizliyinə dair zəmanəti olmayan ehtiyat hissələrinin də ölkəyə gətirilməsinə qadağa qoyulacaq.

Qeyd edək ki, Dövlət Proqramının qəbul edilməsində məqsəd ölkədə baş verən qəzaların qarşısını almaq və təhlükəsizliyi təmin etməkdir.

Avtosfer.az