Menu

Bu peşə sahələri 15 il ərzində köhnələcək

insider.az / Biznes Yanvar 11, 2019 15:15 75

Hazırda mövcud olan işlərin yarısı 15 il ərzində köhnəlmiş olacaq.

İnsider.az xəbər verir ki, bunu Çinin süni intellekt üzrə aparıcı ekspertləri deyib.

Süni intellekt sahəsində 30 illik təcrübəsi olan Kay-Fu Li (Kai-Fu Lee) hesab edir ki, iş dünyası böhranla üz-üzədir. O? bazar günü “CBS”də 60 dəqiqəlik yayıma çıxaraq daha çox risklə üzləşən sahələr barədə xəbərdarlıq edəcək.

Li hesab edir ki, süni intellekt gələcək ola bilər, lakin heç də hər şeyin öhdəsindən gələ bilməz. Onun fikrincə, bəlli sahələr inqilabla üzləşməkdən azaddır. Peşəsi inqilabi dəyişikliyə məruz qalmayacaq şəxslərin  sırasına  işi insanlarla ünsiyyətə əsaslanan terapevtlər, tibbi bacısı, müəllim və həkimlər daxildir.

“Süni intellekt isə ümumilikdə alimlərin işlərini yerinə yetirmək uğrunda mübarizə aparır. 20 il ərzində risklə üzləşə biləcək sahələrin sırasına asan şəkildə robot texnologiyası ilə əvəz edilə bilən işlər daxildir. Bura telemarketinq sahəsi, müştəriyə dəstək xidməti, anbar işçiləri, kassir, “fast food” sahəsində çalışanları və  qab yuyanların işi daxildir”-deyə o bildirib.

O sonda qeyd edib ki, yük maşını sürücülərinin işləri, yaşayış xərclərini qarşılamaq üçün çalışanların işi 15-25 il ərzində sıradan çıxacaq.

Leyla Məhərrəmova