Menu

“Coca-Cola” yeni dad yaradıb

insider.az / Sosium Fevral 11, 2019 12:40 41

Son on ildə karbonatlı içki sevənlər ilk dəfə olaraq, “Coca-Cola”-nın yeni dadını duyacaqlar.

İnsider.az-ın şirkətin rəsmi saytında yerləşdirdiyi məlumata istinadən verdiyi xəbərə görə, onlar yaxın zamanda portağal və vanil dadı verən yeni məhsul buraxacaq.

Məlumata görə, yeni məhsul iki – şəkərli və şəkərsiz formada buraxılacaq.

“Coca-Cola” sevərlərin yeni məhsulla tanışlığı fevralın 25-də mümkün olacaq. Digər ölkələr də məhsulu almaq imkanına elə həmin gün müvəffəq olacaqlar.

Faiq Mahmudov