Menu

Daxili barmaq izi skanerinə malik bank kartı hazırlanıb

insider.az / İKT Mart 13, 2019 18:20 18

Rəqəmli təhlükəsizlik sahəsində fəaliyyət göstərən Hollandiyanın “Gemalto” şirkəti daxili barmaq izi skanerinin köməyi ilə ödəniş etməyə imkan verəcək debet kartı hazırlayır.

İnsider.az “ICTnews”-a istinadən xəbər verir ki, bu futuristik ödəniş texnologiyası növbəti ay real şəraitdə sınaqdan keçiriləcək. Britaniyanın “Natwest” bankının öz müştəriləri üçün çıxardığı 200 sınaq kartının köməyilə PIN kod daxil etmədən təmassız NFC ödənişləri həyata keçirmək mümkün olacaq.

“Gemalto” şirkətinin nümayəndələri iddia edirlər ki, barmaq izi ilə bağlı məlumatlar yalnız kartda saxlanılır. Deməli, hakerlər həmin informasiyanı konkret bankın məlumat bazasından oğurlamaq imkanına malik olmayacaq.

© İctnews.az