Menu

Deputat uşaq pulunun bərpası ilə bağlı danışdı

insider.az / Sosium Mart 03, 2019 11:17 276

“Konkret olaraq ayrı-ayrı kateqoriyadan olan uşaqlara görə təqaüdün müəyyən olunması hələ öz həllini tapmayıb”.

Bu sözləri İnsider.az saytına millət vəkili Fazil Mustafa 2019-cu ildə bütün uşaqlı ailələrdə uşaq pulunun bərpası ilə bağlı açıqlamasında deyib:

“Prezidentin sərəncamı əsasında beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manata çatdırılacaq. Həmçinin uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılması ilə bağlı sərəncam imzalanıb. Bu çox müsbət addımdır. Ümumiyyətlə, prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalanıb. Belə sahədə geniş işlərin görülməsi təqdirəlayiqdir. 

Bütün kateqoriyalara görə uşaqlı ailələrə təqaüdün müəyyən olunması gündəmə gətirilə bilər. Ən azı müəyyən bir yaş kateqoriyasına qədər, məsələn 6 və ya 3 yaşa qədər olan uşaqlar üçün aylıq müavinətin təmin olunması nəzərdə tutula bilər. 

Müavinətin məbləğinin hesablanması iqtisadçılar tərəfindən hesablanıb irəli sürülür. Bu proses əsasən minimum tələbatı əhatə edəcək səviyyədə hesablanır. Bu məsələ bu il büdcədə nəzərdə tutulmur. 
Gələcəkdə  doğulan uşağa görə ayrılan birdəfəlik ödənişin məbləği daha da artırıla bilər. Bu əsasən büdcəyə görə qərarlaşdırılır”.  

Nübar Lətifli