Menu

Dubayda Azərbaycan Ticarət Evinin açılışı təxirə salındı - SƏBƏB?

insider.az / Biznes Yanvar 10, 2019 17:58 35

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Ticarət Evinin açılışı qeyri-müəyyən müddətə təxirə salınıb.

İnsider.az xəbər verir ki, bunu Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev deyib.

E.Əliyev bildirib ki, Ticarət Evinin açılışı texniki səbəblərdən təxirə salınıb.

Qeyd edək ki, Ticarət Evinin açılışı yanvarın 10-a nəzərdə tutulmuşdu.

©Trend