Menu

Ərdoğan Türkiyə və Azərbaycan arasındakı protokolu təsdiqlədi

insider.az / Sosium Fevral 09, 2019 17:25 49

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair Protokol”u təsdiq edib.

İnsider.az xəbər verir ki, protokol "Resmi Gazete"də yayımlanıb. 

Sənəd iki ölkənin silahlı qüvvələri arasında hərbi təlim və əməkdaşlıq fəaliyyətlərini inkişaf etdirmək məqsədi daşıyır.

Protokol ötən ilin aprelində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar tərəfindən Ankarada imzalanmışdı. 

©Oxu.Az