Menu

“Facebook” şirkəti “GrokStyle” tətbiqetməsini alıb

insider.az / İKT Fevral 11, 2019 11:42 64

“Facebook” şirkəti mebel görünüşlərini tanıma və onların satıldığı onlayn mağazaları müəyyənləşdirmə bacarığına malik olan “GrokStyle” tətbiqetməsini alıb.

İnsider.az-ın verdiyi xəbərə görə, satınalma şərtlərinə dair əlavə məlumat verilməyib.

“GrokStyle” kompüter görmə və süni intellekt texnologiyasından istifadə edərək təsvir edilən mebeli onlayn mağaza anbarlarındakı mebellərlə eyniləşdirir və oxşar variantları təklif edir, istifadəçi isə öz istəyinə uyğun mebeli haradan almaq istədiyini seçir.

Sözügedən tətbiqetmə Kavita Bala və Sean Bell tərəfindən 2015-ci ildə təsis edilib.