Menu

“Facebook” və “Instagram” yaranmış qlobal problemi şərh etdi

insider.az / İKT Mart 14, 2019 10:51 38

“Facebook”-un əməkdaşları şirkətin servislərinin işləməsində yaranmış problemlərin DDoS-hücum səbəbinə görə olmadığını düşünürlər.

İnsider.az xəbər verir ki, bu haqda şirkətin “Twitter”-dəki bəyanatında deyilir.

“Biz problemi olduqca tez həll etməyə çalışırıq, lakin problemin DDoS-hücumla bağlı olmadığını təsdiqləyə bilərik”, -deyə bəyan edilir.

Yeri gəlmişkən, istifadəçilərinin sosial şəbəkədə problemlə üzləşdiyi “Instagram” da “Twitter”-dəki mesajında DDoS-hücum versiyasını rədd edib/

Xatırladaq ki, daha öncə hər iki sosial şəbəkənin fəaliyyətini bütün dünya üzrə kütləvi problem iflic etmişdi.

Samirə Məmmədova