Menu

Gələcəyin 50 startap şirkəti

insider.az / Biznes Fevral 11, 2019 11:14 127

“CB Insights “ və “New York Times” birlikdə, gələcəkdə maliyyələşdirilməsi 1 milyard dolları keçəcək startap şirkətlərin siyahısını hazırlayıb.

İnsider.az-ın “CB Insights”-a istinadən verdiyi xəbərə görə, şirkətləri müəyyən etmək üçün özündə şirkətin maliyyə sağlamlığı, bazara təsir dərəcəsini və bazarda olan gücünü birləşdirən “Mosaic” alqoritmindən istifadə olunub.

“CB Insights”-ın məlumatına görə 2015-ci ilin siyahısını tərtib edərkən də eyni yanaşma tətbiq olunub və proqnoz verilən startap-şirkətlərin 48 faizi hesablanılan nəticəni verib.

2019-cu il üçün tərtib olunan siyahıya dair əsas məqamlar:

- Sənaye aqnostiki: Bu siyahıda heç bir sənaye dominantlıq etmir, belə ki, startaplar texnologiyadan tutmuş İR-ya və əczaxana ödənişlərinədək məşğul olurlar. Ən çox yayılmış iki sahə, Mühasibatlıq və Maliyyə proqram təminatı və Biznes analitika alətləri olub.

- Daha çox qlobal coğrafiyaya aid startaplar təmsil edilmişdir: 50 startap şirkətlərindən 5-i Hindistan, 4-ü Çin, 3-ü Latın Amerikası, 3-ü Avropada, 2-i Avstraliyaya aiddir.

- Siyahıya daxil olan orta səviyyəli şirkətin ümumi maliyyələşməsi 111,4 milyon dollar təşkil edib və C seriyasına qalxıb.

- Startap şirkətlərin çoxu ABŞ-da yerləşir: Siyahıda olan şirkətlərin əksəriyyəti (66%) ABŞ-da, qalanı isə Hindistanda (10%), Çində (8%), Braziliyada (4%) və digər ərazilərdə yerləşir.

- ABŞ-ı təmsil edən startap şirkətlərinin əksəriyyəti Kaliforniya (22), Nyu-York (5) və Massaçusets (2) ştatlarındadır, digər ştatlar arasında Vaşinqton, Kanzas, Corciya və Vaşinqton yer alır.