Menu

Göyqurşağı dağları

insider.az / Turizm Fevral 03, 2019 17:41 221

Dünyanın təbii gözəlliklərindən biri olan Göyqurşağı dağı rəngləri ilə görənləri heyran edir.

İnsider.az xəbər verir ki, dünyanın heç bir yerində olmayan bir mənzərəni görə bilmək üçün turist axınına səbəb olan Peru camaatı arasında Göyqurşağı dağı kimi tanınır. Peruda Kusko(Vinikusko) bölgəsində yerləşən Peru dilində "Montana De Siete Colores" olan dağın adının dilimizə tərcüməsi “Yeddi rəngli dağ” deməkdir. 

Bu dağ səmanın yer üzündə əksi hesab olunur. Yaranan rəngli layların səbəbi ərazinin qar əridiyi zaman aşınmaya məruz qalanması və üstə çıxan torpaqda olan mineral təbəqələridir. 

İnsanları valeh edən rənglərdən qırmızı rəng oksitləşmiş dəmirin, sarı ton dəmir sulfitin, strukturun bənövşəyi-qəhvəyi qarışığı oksidləşmiş limonitin, daha da gözəl görüntü yaradan yaşıl isə xloritin varlığından qaynaqlanır.

Ora səfər etmək istəyənlər havanı da nəzərə almalıdırlar. Ora gedərkən paytaxt Limadan Kuskoya yollanmalı və ordan da avtobusla 3 saatlıq yol getməlidirlər.