Menu

İpoteka və Kredit Zəmanət Fondunun vergiyəqədərki mənfəəti artıb

insider.az / Maliyyə Fevral 11, 2019 14:34 29

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il yanvarın 1-nə 1 276,581 mln. manat təşkil edib.

İnsider.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 33,2% çoxdur.

İKZF-in aktivlərinin 70,1%-ni və yaxud 895,274 mln. manatını ipoteka kreditləri təşkil edib. 2018-ci ildə Fondun kredit portfeli 30,95% böyüyüb.

Hesabat dövründə İKZF-in cəmi öhdəlikləri 36,5% artaraq 744,074 mln. manata, o cümlədən borc öhdəlikləri 28,45% artaraq 691,797 mln. manata çatıb. Fondun cəmi kapitalı isə 28,9%artaraq 532,507 mln. manat, o cümlədən nizamnamə kapitalı “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi hesabına 27,3% (100 mln. manat ) artaraq 466 mln. manat olub.

Ötən il İKZF-in faiz gəlirləri 47,988 mln. manat (əvvəlki ilə nisbətən 32,4% çox), faiz xərcləri 17,414 mln. manat (36,4% çox), dəyərsizləşmə üzrə zərəri 1,039 mln. manat (48,2% çox), haqq və komissiya xərcləri 801 min manat (23,6% çox), digər gəlirləri 1,458 milyon manat (86,2% çox), insan resursları üzrə xərcləri 3,566 milyon manat (56,95% çox), inzibati və digər xərcləri isə 7,308 milyon manat (3,95 dəfə çox) təşkil edib. Son nəticədə Fond 2018-ci ili 19,319 mln. manat vergiyəqədərki mənfəətlə başa vurub. Bu isə 2017-ci illə müqayisədə 2,85% çoxdur. 

© “Report”