Menu

İran kosmosa istehsal etdiyi raketlərlə 2 peyk yollayacaq

insider.az / İKT Yanvar 11, 2019 11:57 29

İran kosmosa öz istehsalı olan raketləri yollamağa hazırlaşır.

İnsider.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  İran prezidenti Həsən Ruhani öz çıxışında bu haqda məlumat verib. 

O, İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin ölümünün ikinci ili ilə bağlı təşkil olunmuş tədbirdə bu barədə danışıb. Paytaxt Tehran şəhərində təşkil olunmuş anımda çıxış edərkən:

“Rafsancani əvəzolunmaz siyasətçilərimizdən biri idi. Gələn həftə istehsal etdiyimiz raketlərlə kosmosa 2 peyk uçuracağıq. İran texnologiyasının bu cür yüksək inkişafında onun da əməyi böyük idi”- deyə prezident bildirib.