Menu

İran öz kriptovalyutasını buraxdı – PayMon

insider.az / Maliyyə Fevral 10, 2019 15:03 49

İran yanvarın 29-u Tehranda keçirilən mobil bankçılıq və ödəniş sistemləri konfransında qızıl ilə təmin edilmiş PayMon adlı kriptovalyuta buraxdığını elan edib.

İnsider.az xəbər verir ki, PayMon ölkəyə tətbiq edilən iqtisadi sanksiyalardan yan keçməyə kömək etməlidir. PayMon dörd yerli bank – Parsian Bank, Bank Pasargad, Bank Melli Iran, Bank Mellat və Ghoghnoos şirkətinin birgə layihəsidir. Yeni rəqəmsal valyuta birjadankənar platforma olan Iran Fara Bourse-də istifadə ediləcək. 

Ghoghnoos şirkətinin direktoru Valiollah Fatemibildirib ki, ilkin olaraq 1 milyard ədəd PayMan buraxılacaq və ilkin mərhələdə onlar maliyyə qurumlarının aktivlərinin tokenləşdirilməsində istifadə olunacaq.

Bu həmçinin İrana tətbiq edilən maliyyə sanksiyalarının neqativ nəticələrini aradan qaldırılmasına öz töhvəsini verməlidir. Misal üçün, SWIFT ödəniş sistemi hazırda İran bankları ilə işləmir və bu İranın beynəlxalq ticarətində əhəmiyyətli dərəcədə azalmaya səbəb oldu.

©kriptoinvest.az