Menu

Lotereya uduşları ilə bağlı mühüm yenilik 

insider.az / Maliyyə Fevral 11, 2019 13:53 87

Vergi Məcəlləsində edilmiş dəyişiklikdə lotereyada qazanılmış gəlirdən vergi tutulurmu?

İnsider.az-ın xəbərinə görə, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, Vergi Məcəlləsinin cari ilin yavarın 1-dən qüvvəyə minən müddəalarına əsasən, maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Buna əsasən, maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyaların keçirilməsindən əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğin 10 manatadək olan hissəsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Həmçinin əldə edilən uduşların 10 manatdan çox olan hissəsindən 10 faiz dərəcə ilə vergi tutulur.

© AZƏRTAC