Menu

“Mars” rebrendinq keçirir

insider.az / Biznes Mart 13, 2019 12:29 32

ABŞ-ın ərzaq holdinqi “Mars” rebrendinq keçirəcəyi haqda elan verib.

İnsider.az “The Drum”-a istinadən xəbər verir ki, şirkət artıq yeni loqotipini də təqdim edib. “Snickers”, “Twix”, “Orbit”, “Pedigree” və digər ərzaq brendlərinin də daxil olduğu “Mars” təkcə konfet istehsal etmədiyini göstərmək istəyir.

Şirkət qənnadı məmulatları ilə assosiasiya olunmaqdan kənara çəkilərək öz biznesinin genişləndiyini nümayiş etmək niyyətindədir. “Mars” təkcə ərzaq istehsalı ilə deyil, həmçinin iqlimin yaxşılaşdırılması, sahibsiz heyvanlara qayğı göstərilməsi, Afrikada sahibkarlığa dəstək və sair işlərlə də məşğul olduğunu xatırlatdı.

Qeyd edək ki, “Mars” holdinqi 1911-ci ildən bəri fəaliyyət göstərir. Hazırda gəliri 35 milyarddan çox dollar təşkil edir. Şirkət ailə biznesi olaraq qalmaqdadır və dəqiq maliyyə göstəricilərini açıqlamır.

“Mars Inc.”-in baş direktoru Qrant Reyd “Bloomberg”-ə bildirib ki, yaxın 10 ildə biznesinin iki dəfə artacağını düşünür. O, əlavə edib ki, heyvanlarla bağlı mal və xidmətlər “Mars”-ın biznesinin demək olar yarsını təşkil edir. Biznesin 20%-ə yaxın hissəsini isə servislər, məsələn, baytarlıq klinikaları təşkil edir. Yaxın zamanda “Mars” üç bölmədə təkrar təşkil olunacaq: “Mars Food”, “Mars Petcare” və qənnadçı “Mars Wrigley Confectionary”. 

Samirə Məmmədova