Menu

"Microsoft” süni intellekt üzrə ödənişsiz onlayn-kurs işə salıb

insider.az / İKT Mart 13, 2019 15:44 63

“Microsoft” “AI Business School” üçün süni intellekt üzrə ödənişsiz onlayn-kurs işə salıb.

İnsider.az-ın məlumatına görə, onlayn-kurs öz şirkətlərində süni intellekti tətbiq etməyi planlaşdıran top-menecerlər üçün hazırlanıb.

Tədris hələ ki, ingilis dilindədir. Lakin gələcəkdə dərslər digər dillərdə də veriləcək.

Kurs dörd moduldan ibarətdir. 

1. Birinci modul biznes prosesinin yaxşılaşdırılması üçün məhz hansı aspektlərin xeyirli olacağını anlamaq üçündür və strategiyaya həsr olunub.

2. İkinci modul texnologiyanın uğurlu tətbiqi üçün şirkətin mədəniyyətində hansı dəyişikliklərin zəruri olmasını müəyyən etməyə kömək edir.

3. Üçüncüsü süni intellektin məsuliyyətli istifadəsinə həsr edilib: riskləri minimallaşdırmaq və etik prinsiplərə əməl etmək.

4. Sonuncu modulda isə süni intellektin əsas konsepsiyaları və bu anlayışın arxasında duran texnologiyalar gözdən keçirilir.

“Microsoft”-dan verilən məlumata görə, tədris məxsusən sıx iş qrafiki ilə çalışan rəhbərlər üçün hazırlanıb.

Mühazirələrin və digər videoların müddəti 5-10 dəqiqədir və onlara həm nəzəriyyə, həm praktiki misallar daxildir. Dərslərlə personal kompüter və mobil platformalarda məşğul olmaq mümükündür. Bütün kursu keçmək üçün 15 saata yaxın vaxt tələb olunur. Arzu olunan halda iştirakçılar özləri üçün daha aktual dərsləri seç' və ancaq onları keçə bilərlər. Kursa daxildir: 
• 10 keys təhlili; 

• 5 akademik mühazirə; 

• 5 praktiki təlimat; 

• Top-menecerlərdən süni intellektin perspektivləri barədə 15 video; 

• 7 texniki söhbət.

Kursda süni intellekt vasitəsilə biznesini təkmilləşdirmiş fərqli sahələrdən olan şirkət rəhbərlərinin keysləri mövcuddur. Öz təcrübəsi ilə həmçinin “Microsoft”-un top-menecerləri və kursu birlikdə işə saldıqları “Insead” biznes-məktəbinin təmsilçiləri də bölüşəcək.

“Microsoft” vurğulayır ki, mühazirələr mütəmadi yenilənəcək.

Samirə Məmmədova