Menu

Mnuçin: ABŞ Rusiyaya qarşı sanksiya siyasətini davam etdirəcək

insider.az / Qlobal bazar Yanvar 11, 2019 16:39 21

ABŞ Rusiyaya qarşı “sərt” sanksiya siyasətini davam etdirir.

İnsider.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib. O, Nümayəndələr Palatasının qapalı birifinqinin nəticələrinə dair açıqlama verərkən bu bəyanatla çıxış edib.

“The Hill” qəzetinin yazdığına görə, Mnuçin ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı “sərt” davrandığını bildirib. O əlavə edib ki, hazırkı ABŞ rəsmiləri öz sələflərindən də çox Rusiyaya qarşı sanksiya tətbiq ediblər.

“Biz bu istiqamətdə davam edəcəyik”, - deyə Mnuçin vurğulayıb.

Leyla Məhərrəmova