Menu

Palatada yeni - TƏYİNAT

insider.az / Sosium Fevral 11, 2019 09:37 98

Maliyyə Bazarlarına Nəzarət Palatasının departamentlərindən birinə yeni idarə rəisi təyin olunub.

İnsider.az xəbər verir ki, Tamerlan Rüstəmov Maliyyə Bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi təyin edilib. O, bu vəzifəsini 2019-cu ilin ilk ayından icra etməyə başlayıb.

Bildirək ki, T.Rüstəmov 2017-ci ilin yazında adıçəkilən qurumun Ödəniş Sistemlərinə Nəzarət Sektoruna rəhbər kimi Azərbaycan Mərkəzi Bankından gəlib.

Qeyd edək ki, bu idarə, MBNP-dəki Kapital Bazarlarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinə daxildir.

©Banker.az