Menu

Plastik məhsullarla bağlı problemə alternativ üsul - VİDEO

insider.az / Biznes Mart 14, 2019 15:30 35

İndoneziyalı ictimai sahibkar Kevin Kumala dünyadakı plastik torbaların zərərliliyini aradan qaldırmağa alternativ üsul tapıb. 

İnsider.az Türkiyə mediasına əsasən xəbər verir ki, İndoneziyada yetişən bitki növü olan “cassava” bitkisindən plastik torba da daxil olmaqla müxtəlif plastik məhsullar hazırlanıb. Artıq bu məhsullar 6 ölkəyə yayılıb. Türkiyəyə dəvət olunan sosial sahibkar Kevin Kumala istehsal etdiyi məhsulların insan sağlamlığına zərərsiz olduğunu sübut etmək üçün torbaları suya qataraq içib. 

Hər il dünyada 1 trilyon plastik torba istifadə olunduğunu və ən az 8 milyon ton plastik tullantının okeanlara atılaraq ekologiyanı çirkləndirdiyini vurğulayan Kumala plastik istifadəni azaltmaq məqsədi ilə tam təhlükəsiz, heç bir canlıya zərəri olmayan məhsullar istehsal etdiyini bildirib. 

Qeyd edək ki, Kumalanın şirkəti "Avani"nin bir markası olan “I am Not Plastic” –də torbalar, yemək saxlama qabları, stəkan, çəngəl, qaşıq, boşqab, hətta plaş istehsal olunur.