Menu

Qlobal bazarda ərzaq qiymətləri keçən il aşağı düşüb 

insider.az / Qlobal bazar Yanvar 10, 2019 17:46 20

Qlobal bazarda ərzaq qiymətləri aylıq olaraq yalnız 2018-ci ilin dekabr ayında dəyişməz qalıb, ümumilikdə isə keçən il  2017-ci ilə nisbətən azalıb.

İnsider.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına əsasən beynəlxalq bazarlarda taxıl, bitki yağı, süd məhsulları, ət və şəkərdən hazırlanan qida maddələrinin qiymətləri  2018-ci ilin dekabr ayında ötən ayla müqayisədə dəyişməyib. Lakin 2018-ci ildə ümumi indeks əvvəlki ilə görə yüzdə 3,5 azalaraq 168,4 bal olub. 

Ötən il taxıl qiymətləri bir əvvəlki ilə nisbətlə artarkən, şəkər və şəkərdən hazırlanan məhsullarda qiymətlər aşağı faiz göstərib.