Menu

“Redmi Note 7” inanılmaz qiymətə satışa çıxarılır

insider.az / İKT Yanvar 10, 2019 14:51 43

Bu gün “Redmi Note 7” smartfonunun təqdimatı keçirilib.

İnsider.az xəbər verir ki, “Snapdragon 660 chipset”, 48 MP kamera ilə təchiz olunmuş bu “Redmi”nin bu modeli cəmi 150 dollara satışa çıxarılacaq.

“Xiaomi” şirkətinin baş direktoru Lei Jun CES-2019 sərgisində təqdimatını keçirdiyi smartfonun ilkin olaraq 3 rəngi olacaq: mavi, tünd qızılı və qara.

150 dollara təklif olunan “Redmi Note 7” 3/32GB parametr üçündür. Daha yüksək yaddaşa tutumuna malik, 4/64GB üçün 180 dollar, 6/64GB üçün 210 dollar ödəmək lazım olacaq.

Qeyd edək ki, artıq sifarişlər başlayıb və 15 yanvardan etibarən sahiblərinə çatdırılacaq.

©Finans.az