Menu

Rusiyanın qaz hasilatı rekord həddə çatıb

insider.az / Qlobal bazar Yanvar 10, 2019 19:32 23

Ötən il Rusiyanın qaz hasilatı 5% artaraq 725 milyard kubmetrə çatıb.

İnsider.az xəbər verir ki, bunu ölkənin energetika naziri Aleksandr Novak deyib.

Qeyd edək ki, nazir bu barədə Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

O vurğulayıb ki, bu rəqəm 18 ildə qaz sektorunda qeydə alınan rekorddur.

Nazir əlavə edib ki, ötən il Rusiyanın neft hasilatı 10 milyon ton artıb.

Leyla Məhərrəmova