Menu

Sağlamlıq üçün ən təhlükəli smartfonların adları açıqlanıb - SİYAHI

insider.az / İKT Fevral 11, 2019 10:59 41

Almaniyanın “Statista” analitik şirkəti sağlamlıq üçün ən təhlükəli smartfonların reytinqini hazırlayıb. Reytinqin hazırlanması üçün aparılan araşdırmalar zamanı Almaniyanın Radiasiyadan Mühafizə Agentliyinin məlumatlarından istifadə olunub.

İnsider.az-ın analitika şirkətinin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, smartfonların qiymətləndirməsi elektromaqnit radiasiyasının xüsusi absorbsiya şüa əmsalının ölçülməsinə əsaslanır.

Elektromaqnit radiasiyasının xüsusi absorbsiya əmsalı üzrə ölçü vahidi kiloqram/vatt nisbətidir. Avropada icazə verilən radiasiya dəyəri 2 Vt/kq təşkil edir, ABŞ-ın Federal Əlaqə Agentliyi (FƏA) is yalnız 1,6 Vt / kq-dan yuxarı olmayan cihazları təsdiqləyir.

Ən yüksək göstərici radiasiya səviyyəsi 1,75 vt/kq olan “Xiaomi Mi A1” büdcə telefonundadır. Ondan sonra, daha aşağı dərəcələrlə, “OnePlus 5T” (1.68 vt/kq), “Xiaomi Mi Max 3” (1.58 vt/kq), “OnePlus 6T” (1.55 vt/kq), həmçinin “HTC U12” (1,48 vt/kq) həyati təhlükəli telefonlar hesab olunur.

Ardınca isə “Xiaomi Mi Mix 3”, “Google Pixel 3 XL”, “OnePlus 5”, “iPhone 7”, “Sony Xperia XZ1 Compact”, “HTC Desire 12”, “Google Pixel 3”, “OnePlus 6”, “iPhone 8”, “Xiaomi Redmi Note 5” və “ZTE Axon 7 mini” smartfonları gəlir.

Faiq Mahmudov