Menu

Qərb bankları Səudiyyə ilə maraqlanır - Qaşıqçının qətlindən sonra İLK DƏFƏ

insider.az / Qlobal bazar Yanvar 11, 2019 10:48 47

Səudiyyə Ərəbistanı 7,5 milyard dəyərində istiqraz satıb.

İnsider.az xəbər verir ki, jurnalist Camal Qaşıqçının qətlindən sonra ilk dəfə Səudiyyə Ərəbistanı beynəlxalq investorların diqqətini çəkib.

Qaşıqçının Səudiyyə agentləri tərəfindən qətlə yetirilməsinə baxmayaraq istiqraz satışını Qərb bankları dəstəkləyib.

Onlar həmçinin bu dövlətlə işləməyə maraqlı olduqlarını da vurğulayıblar. Qeyd edək ki, həmin bankların sırasına  “BNP Paribas”, “JPMorgan”, “HSBC”, “Citi” və “NCB Capital” daxildir.

Leyla Məhərrəmova