Menu

“Skype” xidmətində zəng vaxtı arxa fonun bulanıq edilməsi funksiyası əlçatan olub

insider.az / İKT Fevral 09, 2019 20:41 34

“Skype” xidmətində istifadəçilərə videozəng zamanı arxa fonu bulanıq etməyə imkan verən yeni funksiya təqdim edilib. Bu haqda “Microsoft” şirkətinin bloqunda məlumat verilib

İnsider.az bildirir ki, tərtibatçıların sözlərinə görə, yeni funksiya abunəçinin ətrafındakı insanları həmsöhbətdən gizlətmək istədiyi vəziyyətdə faydalı ola bilər.

"Skype xidmətində arxa fonun bulanıq edilməsi süni intellekt sayəsində mümkün olub. Süni intellekt insanın çevrəsini seçir və danışıq zamanı onları fokusda saxlayır” – şirkətin mətbuat xidməti məlumat verib. Texnologiya, həmçinin istifadəçinin saçını və əllərini tanıya bilir.

Videozəng zamanı arxa fonu bulanıq etmək funksiyasını aktivləşdirmək üçün sazlamalardan “Blur my background” düyməsinə sıxmaq lazımdır. Hazırda yenilik “Skype” proqramının son versiyası quraşdırılmış kompüter və noutbukların əksəriyyətində əlçatandır. Mobil versiya ilə bağlı məlumat verilməyib.

©“ICTnews”