Menu

Tramp administrasiyası immiqrasiya ofislərini bağlayır

insider.az / Siyasət Mart 13, 2019 15:27 27

ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin 21 beynəlxalq şöbəsini bağlamağa hazırlaşır.

İnsider.az “Washington Post”-a istinadən xəbər verir ki, bunun nəticəsində bir sıra viza və icazənamələrin alınmasına dair ərizələrin işlənilməsi ləngiyəcək.

Yayılmış xəbərə əsasən, administrasiya bu funksiyaları Dövlət Departamentinin daxili ofislərinin səlahiyyətinə vermək istəyir. Adətən bu ofislər potensial mühacirlərin ərizələrinin Birləşmiş Ştatlara göndərilməsini asanlaşdırır.

Qeyd edək ki, bu qərar immiqrasiyaya nəzarətin sərtləşdirilməsi üzrə administrasiyanın siyasəti çərçivəsində alınıb.

Samirə Məmmədova