Menu

Türkiyə Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları artıb

insider.az / Maliyyə Yanvar 10, 2019 17:32 24

Türkiyə Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları bir həftə ərzində 1,239 mlrd. ABŞ dolları artaraq yanvarın 4-nə 93,169 mlrd. dollara çatıb.

İnsider.az-ın məlumatına görə, bu barədə tənzimləyici quruma istinadən xəbər verilir.

Məlumata görə, hesabat dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 951 mln. dollar artaraq 72,931 mlrd. dollar, qızıl ehtiyatları isə 288 mln. dollar artaraq 20,238 mlrd. dollar təşkil edib. 

© Report