Menu

“Viber” messencerində qrup zəngləri əlçatan olub

insider.az / İKT Mart 13, 2019 18:45 15

“Viber” messencerinin “Android” və “iOS” sistemlərinin idarəetməsi altında işləyən smartfonlar üçün proqramlarında səsli qrup zəngləri əlçatan oluи.

İnisder.az "ICTnews"-a istinadən xəbər verir ki, sözügedən funksiya hər bir kəsə qruplarda danışıq rejimində eyni zamanda 5-dək insanla ünsiyyət saxlamağa imkan verir. 2 üsulla belə zəng etmək mümkündür: 3-cü və digər həmsöhbətləri artıq mövcud olan danışığa əlavə etmək, yaxud birbaşa qrup çatından yaratmaq.

"Emosiyaları dostlarla paylaşmaq və ya təcili planları müzakirə etmək lazım gəldikdə sözügedən funksiya vaxta qənaət etməyə imkan verir" – “Viber”in mətbuat xidməti bildirib.

© İctnews.az