Menu

“WhatsApp” messencerində şəkillər üzrə axtarış funksiyası əlçatan olacaq

insider.az / İKT Mart 14, 2019 19:37 18

Populyar “WhatsApp” messencerində istifadəyə veriləcək yeni funksiya istifadəçilərə şəkillərin həqiqiliyini yoxlamağa imkan verəcək. Bu haqda “Engadget” portalı yazıb.

İnsider.az bildirir ki, yeni funksiya artıq 2.19.73 versiyasında əlçatan olacaq. Messencer “Google”un bazasındakı şəkillər əsasında təhlil aparacaq: mesajın “feyk” olub-olmadığını müəyyənləşdirmək üçün analoji və müvafiq şəkilləri göstərəcək.

©“ICTnews”