Menu

Wi-Fi-ın sındırılmasının universal üsulu

insider.az / İKT Mart 13, 2019 20:30 19

Leven Universitetinin mütəxəssisləri Wi-Fi ruterlərin hamsında mövcud olan zəiflik barədə bəyanat yayıblar.

İnsider.az-ın verdiyi məlumata görə, onlar qeyd edib ki, bu zəiflik səbəbindən internetə çıxışı olan istənilən qadcet təhlükə altındadır.

Ekspertlər bildirir ki, ruter kiber hücumlardan “Wireless Protected Access 2” (WPA-2) adlı şəbəkə təhlükəsizliyi texnologiyası ilə qorunur. Qeyd olnan texnologiya 2006-cı ildən sertifikatlaşdırılmış istənilən avadanlığın ayrılmaz hissəsidir.

Lakin məlum oldu ki, bu sistemlə təchiz olunmuş bütün ruterlər sındırılmağa həssasdır. Hücum üçün kiber dələduzlar “Key Reinstallation Attacks” (KRACK) proqramını istifadə edirlər.

Hücum edərkən, cinayətkar istifadəçilərin qadcetlərdəki şəxsi bağlantılarına, şifrələrinə və bank kartının məlumatlarına yol tapa bilir.

Mütəxəssislərin sözlərinə görə, problem zəifliyi ehtiva edən “WPA-2”-nin özündədir. “Google” və “Apple” kimi şirkətlər artıq bu zəifliyin aradan qaldırılması üçün yenilənmiş versiyaları buraxıblar.

Samirə Məmmədova