Menu

“Xiaomi” artıq ucuz smartfonlar buraxmayacaq

insider.az / İKT Mart 09, 2019 16:31 194

“Xiaomi” artıq bahalı smartfonlar buraxmağa başlayacaq.

İnsider.az xəbər verir ki, bu barədə “TechNode”-a şirkətin rəhbəri Ley Tzün məlumat verib.

Deyilənə görə, “Xiaomi” rəhbərliyinin brendin ucuz elektronika ilə assosiasiyası ürəyincə deyil. Şirkətin belə nüfuzu onları qane etmir.

Lakin top-menecer smartfonların cüzi bahalaşacağını bildirib.

Xatırladaq ki, daha öncə “Xiaomi” “Redmi” üzərindən büdcəli smartfon buraxmaq üçün öz sub-icarəsindən ayrılmışdır.

Samirə Məmmədova