Menu

“Xiaomi” smartfonlarında olan reklamı götürəcək

insider.az / İKT Mart 14, 2019 20:49 17

“Xiaomi”-nin məhsul üzrə direktoru “Weibo”-da istifadəçilərlə yazışmasında bildirib ki, “MIUI” əməliyyat sisteminin örtüyündə reklam sayı azalacaq.

İnsider.az-da olan məlumata görə, buna baxmayaraq, reklam quraşdırılmış proqram təminatından tamamilə götürülməyəcək. Çünki bu reklamlar şirkətin gəlir mənbəyidir. “Xiaomi” smartfonlarını demək olar ki, maya dəyərinə satır və reklam hesabına öz xərclərini kompensasiya edir.

Top-menecer həmçinin əməliyyat sistemi örtüyünün dəyişdiriləcəyini bildirib. Konkret olaraq örtükdə nəyin dəyişəcəyi deyilmir. Çox güman, bu dəyişiklikləri artıq bu yay çıxacaq “MIUI 11” smartfonunda görəcəyik.

Samirə Məmmədova