Prezident İlham Əliyev Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
İnsider.az xəbər verir ki, sərəncama əsasən, Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarının əhalisi 42 678 nəfər olan 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 2020-ci il dövlət büdcəsindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə 1,19 milyon manat ayrılıb.