“Facebook” sosial şəbəkəsinin 1,5 milyard məlumatları darknetdə (qanunsuz əməliyyatların aparıldığı beynəlxalq şəbəkə seqmenti) hakerlər tərəfindən satışa çıxarılıb.
Bu barədə “Privacy Affairs” saytı məlumat yayıb.
Portal bunun “Facebook”un fəaliyyətində yaranmış nasazlıqlardan meydana gəlməsi ilə bağlı heç nə yazmayıb. Materialın dərc olunduğu vaxt onu göstərir ki, müvafiq məlumatlar təxminən 21 saat əvvəl, yəni ilk nasazlıqlar barədə xəbərlər ortaya çıxmazdan əvvəl yayılıb.
"Facebook", "WhatsApp" və "Instagram"ın fəaliyyəti bərpa olunub
Qeyd edək ki, dünən axşamdan “Facebook”, “Instagram” və “WhatsApp”da bütün dünyanı əhatə edən genişmiqyaslı fasilələr yaranıb. “Facebook” şirkəti genişmiqyaslı kəsilmədən sonra artıq bütün tətbiq və xidmətlərinə girişi bərpa etməyə başlayıb.Bu barədə şirkətin “Twitter” səhifəsində bildirilib.
“Bizə güvənən geniş insan icmaları və işadamları üçün: üzr istəyirik. Tətbiqlərimizə və xidmətlərimizə girişi bərpa etmək üçün çox çalışırıq və hazırda yenidən onlayn olduqlarını bildirməkdən məmnunuq. Səbriniz üçün təşəkkür edirik”, - şirkətin paylaşımında belə deyilir.
Qeyd edək ki, artıq Azərbaycanda da “Facebook”, “WhatsApp” və “Instagram”ın fəaliyyəti bərpa olunub.