1-qesebe-21-kend-isgaldan-azad-edilib

1 qəsəbə, 21 kənd işğaldan azad edilib

Prezident İlham Əliyev: Azərbaycan ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 5 kəndini, Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 kəndini işğaldan azad edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də özünün rəsmi “Twitter” səhifəsində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

Dövlətimizin başçısı rəşadətli Azərbaycan ordusunun aşağıdakı yaşayış məntəqələrini azad etdiyini bildirib:

Füzuli rayonu: Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri.

Cəbrayıl rayonu: Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri.

Zəngilan rayonu: Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri.