Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə iki şirkət sənədlərini təqdim edib.
Bunu MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.
Onun sözlərinə görə, müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq: “Təbii ki, maraqlananlar çoxdur. Amma rəsmi qaydada müraciət edənlərin sayı ikidir”.
Qeyd edək ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb və dekabrın 12-dək (şənbə və bazar günləri istisna оlmaqla) davam edəcək. Sənədlər MTRŞ-nin inzibati binasında saat 10:00-dan 18:00-dək qəbul olunur.
Report