200-milyon-dollar-yigmis-agilli-robot-oyuncaqlarinin-istehsalcisi-baglandigini-elan-etdi

200 milyon dollar yığmış “ağıllı” robot oyuncaqlarının istehsalçısı bağlandığını elan etdi

200 milyon dollar vençur kapitalını cəlb etmiş robototexnika startapı olan “Anki” bütün personalını işdən çıxarır və bağlanır. İnsider.az bu barədə məsələ ilə tanış olan “Recode”-un mənbələrinə istinadla xəbər verir.

Şirkətin baş direktoru Boris Sofman əməkdaşlara bildirib ki, maliyyələşdirilmənin yeni raundu müvəffəqiyyətsizliyə uğradıqdan sonra “Anki” inkişafa vəsait axtarmağa cəhd edir.

“Anki”-dən “Recode”-a bildiriblər ki, keçmişdəki uğurlara rəğmən, hazırda şirkət yeni məhsulların tərtibatına və biznesin genişlənməsinə maliyyələşdirmə üçün bütün imkanları istifadə edib. Şirkət danışıqların yekun mərhələdə olduğu strateji investorla razılığa gələ bilməyib.

2017-ci ilin yekunlarına görə, “Anki” 100 milyon dollar mənfəət əldə etmişdi. 2018-ci ildə şirkət bu göstəricini artırmağa ümid edirdi.

Qeyd edək ki, “Anki” 2010-cu ildə təsis edilib və San-Fransiskoda yerləşir. Şirkət süni intellekti dəstəkləyən robot oyuncaqlarını tərtib edir. Robotlar kamera ilə təchiz olunub və ev içində avtonom şəkildə hərəkət edə bilirlər. Cihazı smartfon vasitəsilə idarə etmək olur.

Samirə Məmmədova