2021-ci-iledek-smartfonlarin-50-i-ucqat-kamera-ile-techiz-edilecek

2021-ci ilədək smartfonların 50%-i üçqat kamera ilə təchiz ediləcək

2018-ci ildə satılmış smartfonların 50%-dən çoxu iki və ya daha çox kamera ilə təchiz edilib. 2019-cu ildə arxa panelində üç və ya daha çox əsas kamera nəzərdə tutulmuş modellər daha böyük populyarlıq qazanırlar.

İnsider.az bildirir ki, “Counterpoint Technology Market Research” tədqiqat şirkətinin məlumatına görə, ötən il satılmış smartfonların 6%-də ikidən çox kamera quraşdırılıb. Gözləntilərə görə, 2019-cu ildə belə aparatların nüfuzetmə səviyyəsi 15%-dək artacaq və gələn ilin sonuna 35%-ə yaxınlaşacaq. Analitiklər hesab edirlər ki, 2021-ci ildə bütün smartfonların 50%-də ikidən çox daxili kamera olacaq.

“Counterpoint” şirkətinin proqnozuna görə, 2019-cu ilin ikinci yarısında smartfon istehsalçıları 64 meqapiksellik təsvir ölçüsünə malik kamera ilə təchiz edilmiş modellər təqdim edəcəklər. 2020-ci ildə isə 100 meqapiksellik kameralarla təchiz edilmiş qurğuların təqdimatı gözlənilir.

©“ICTnews”