Smartfonların məhsuldarlığını yoxlayan populyar “AnTuTu” xidməti 2021-ci ilin yanvar ayı üçün aktual modellərin məhsuldarlıq reytinqini dərc edib. Reytinqdə yeni lider meydana çıxıb.
İnsider.az “ria.ru” saytına istinadən yazır ki, “AnTuTu” xidməti tərəfindən dərc edilmiş yanvar reytinqində ilk yeri 728784 bal toplamış “iQOO 7” aparatı tutub, ötən ayın lideri olan “Xiaomi Mi 11” aparatını geridə qoyub. Hər iki model yeni “Qualcomm Snapdragon 888” platforması ilə işləyir.
“Android” smartfonları arasında məhsuldarlıq göstəricisinə görə üçüncü və dördüncü yerləri “Kirin 9000” prosessoru ilə təchiz edilmiş “Huawei Mate 40 Pro ” və “Mate 40 Pro” smartfonları tutublar.
“ICTnews”