“Juniper Research” analitik şirkəti tərəfindən keçirilmiş yeni araşdırma nəticəsində məlum olub ki, 2024-cü ildə 74 milyondan çox istehlak robotu çıxarılacaq. Müqayisə üçün, cari ildə 28 milyon istehlak robotunun təqdim ediləcəyi gözlənilir.
İnsider.az xəbər verir ki, bu ildə evlərdə kömək edən robotların (məsələn, tozsoran və ya otbiçən) tədarükünün 19 milyon, 2024-cü ildə isə 20 milyon olacağı gözlənilir. Başqa sözlə, əsas artımı digər seqmentlər təmin edəcək.
Analitiklər hesab edirlər ki, tədarükçülər robotların maarifləndirici istiqamətinə diqqət yönəldəcəklər, məsələn, onların proqramlaşdırılması üçün alətlər təklif edəcəklər. Məhz bu amillər yaxın 5 ildə istehlak robotlarına tələbat artımını stimullaşdıracaq.