2033-cu-il-suni-zeka-ve-olume-mehkum-peseler

2033-cü il: Süni zəka və ölümə məhkum peşələr

“Bütün bunlar təxəyyülün məhsuludur. İnsanı heç nə əvəz edə bilməz!”, - bu, müasir peşələrin 47%-nin təhlükə altında olduğuna, bəzilərinin isə 90% ehtimal ilə robotlarla əvəzlənəcəyinə dair fikrə bildirilən rəylərdən biridir.

Təbii ki, hazırda tutduğun yeri süni zəkaya verəcəyini düşünmək çətindir. Amma israilli alim rəqəmsal inqilabın öndəri Yuval Noy Harrarinin dərc etdiyi kitaba əsaslansaq, müxtəlif peşələrin avtomatlaşdırılması Oksford alimləri Frey  və Osbornun alqoritmi ilə dəyərləndirilib. Belə ki, mövcud peşələrin 47%-i risk altındadır.

2033-cü il üçün tele-marketinq və sığorta agentlərinin öz yerini robotlara vermə ehtimalı 99% -dir. Referlərdə bu ehtimal 98%, kassirlərdə 97%, baş aşpazlarda 96%, ofisiantlarda 94%, ekskursiyaçılarda 91%, çörəkçilərdə isə 89%-dir.   

Real faktlara gəlincə:

1. Artıq bu gün onlayn robotlar xəbər jurnalistlərini, mexanikilər isə - xilasediciləri əvəz edir.    

2. Risk zonasında diaqnoz qoyan həkimlərdir: “Watson” kompüter alqoritmi 90%, insan ekspertləri isə 50% hallarda xərçəng xəstəliyini müəyyən edir. 

3.“Vital” adlı süni intellekt Honkonqdaveçur fondunun idarə heyətinin tərkibinə daxildir. “Vital” regenerativ təbabət ilə məşğul olan startaplara sərmayə yatırır. Süni intellekt idarə heyətinin 5 insan üzvi ilə bərabər sərmayə məsələləri üzrə səsvermədə iştirak edir.  

4. Kiçik büdcəyə sahib olan “Oklend” beysbol komandası isə oyunçuların seçimi və yerləşdirilməsi ilə məşğul olan alqoritmin sayəsində 125 milyon dollar büdcəsi və ən yaxşı oyunçuları olan “Nyu-York Yankiz” kimi əjdahaya qalib gələrək, yüksək liqada ard-arda 20 qələbə qazanıb.    

5. Rekruterlərin rəqibi isə peşəkarları hətta özlərindən də yaxşı tanıyan “Facebok”-un neyro-şəbəkəsidir. Onların nə sevdiyi, nə ilə maraqlandığını və hətta hansı peşəkar nailiyyətlər ilə fəxr etdiklərini belə bilir. Təbii ki, rekrutinq ilə məhz bu şəbəkə məşğul olmağa başlasa qarşısında heç kim dura bilməyəcək. 

Yeri gəlmişkən marketinqin avtomatlaşdırılması sahəsində bilik və təcrübəyə malik peşəkarlar, adi marketoloqlardan dəfələrlə çox qazanc əldə edir. 

Nə etmək olar? Cavab birmənalı şəkildə - transformasiya etmək! 

Bir çox peşələr yox olmayacaq, sadəcə rəqəmlərə transformasiya edəcək. Məsələn 2033-cü ildə dizayn üzrə mütəxəssislər virtual dünya dizaynerlərinə çevrilə bilərlər, ekskursiya rəhbərləri virtual dünyada ekskursiyalar təşkil edə bilər, jurnalistlər və redaktorlar isə belə rəqəmsal kainatın qəhrəmanlarının macəralarına dair ssenarilər yaza və təqdim edə bilərlər. 
Xilasedicilər və hərbçilər robotları məsafədən idarə edəcəklər, həkimlər isə diaqnostik alqoritmlər və süni orqanların 3D çapı sayəsində müalicəni dəfələrlə effektiv edə biləcək teletibbi mənimsəyəcəklər.  

İnsan üçün ən mühüm amil proqram robotlarının interfeysini və avtomatlaşdırma platformalarını öyrənmək olacaq. Çünki bu amillər olmadan idarəetmə mümkün olmayacaq. 

Hansı bacarıqları inkişaf etdirmək lazımdır?

Hər bir industriyada xüsusi bacarıqlar tələb ediləcək, üç əsas peşə və istənilən sahə üçün mühüm olan rəqəmsal kompetensiyalardan ibarət universal toplu mövcud olacaq:

1.Avtomatlaşdırma mühəndisliyi. Onlar üçün sistemli və ardıcıl düşüncə, proseslərin alqoritminin yaradılması təcrübəsi vacibdir. Bu alqoritmlər kompleks və miqyaslı avtomatlaşdırma proseslərini yaratma və özün inkişaf etdirmə ilə  məşğul olan proqram robotlarına yüklənəcək.  

2. Big data analitikləri. Onlayn çıxışda olan böyük məlumatların sürətli axtarışı və prosesinqi, eləcə də əldə edilən insayt əsasında gələcək trendləri təyin etmə bacarığı mühümdür. Məhz analitiklər hər industriya üçün big data sahəsində süni zəkanın tətbiqi və dar ixtisaslaşma sisteminin inkişafına olan tələbatı formalaşdıracaqlar.    

3. Süni zəkanın tətbiqi sisteminin istifadəçiləri. Fəaliyyət göstərdiyi industriyada proqram robotlarının interfeysləri və digital platformaları ilə qarşılıqlı fəaliyyət bacarığı çox vacibdir. 

Sonda isə qeyd edək ki, alqoritmlər özünü inkişaf etdirir və öyrənir, tezliklə nəzarətə ehtiyacı olmaya bilər. Bu rol əsas olsa da yayılmış deyil, amma mühüm və qeyri-müəyyəndir.  

Səbinə Səmidxan